Nobel Fondu İran, Rusiya və Belarusa görə tənqid olundu

Nobel Fondu İran, Rusiya və Belarusa görə tənqid olundu
  02 Sentyabr 2023    Oxunub:1237
İran, Rusiya və Belarusu Ukrayna müharibəsində iştirakına və insan haqlarının pozulmasına görə bir il müddətinə kənarda qaldıqdan sonra Nobel Fondunun Stokholmda keçiriləcək ziyafətinə dəvət alması dərhal tənqid edilib.
AzVision.az xəbər verir ki, ilk dəfə ziyafətə dəvət edilən İsveçin sağçı, anti-immiqrasiya partiyasının lideri Cimi Akesson, bu üç ölkəyə dəvəti “son dərəcə yersiz” adlandıraraq, çox məşğul olduğundan tədbirə qatıla bilməyəcəyini söyləyib.

Digər tərəfdən, İrana dəvət insan haqları məsələlərinə görə ləğv olunmayıb. Bir neçə ay əvvəl BMT-nin xüsusi məruzəçisi Caved Rəhman bu təşkilatın İnsan Haqları şurasına İran hakimiyyətinin ötən ilki ümummilli etiraz aksiyalarına qarşı siysasətinin “insanlığa qarşı cinayət” sayıla bilməsini çatdırıb.

Nobel Fondunun icraçı direktoru Vidar Helgesen üç ölkəyə dəvətlə bağlı izahında dünyanın getdikcə parçalandığını və müxtəlif perspektivlər arasında dialoqun azaldığını vurğulayıb. O, məhz bu tendensiyaya qarşı çıxmaq üçün Fondun “azad elmin, azad mədəniyyətin, dinc və azad cəmiyyətin əhəmiyyəti” haqqında anlayışı artırmaq məqsədilə qonaqlar siyahısını genişləndirdiyini deyib.

Bu izaha rəğmən, İsveç parlamentinin liberal deputatı Karin Karlsbro Nobel Fondunu “raketləri Ukrayna mədəniyyət mərkəzlərini vuraraq uşaqları öldürən Rusiyanı” möhtəşəm ziyafətə dəvət etməklə “təhlükəli nümunə” yaratmaqda günahlandırıb.

“İran və Belarus vətəndaşları repressiyaya məruz qoyan, öz xalqlarına və qonşularına qarşı müharibə və terrordan istifadə edən yaramaz dövlətlərdir”, - Karlsbro bildirib.
AzVision.az


Teqlər: İran   Nobel  





Xəbər lenti