BMT-dən “İffət və Hicab” qanunu iləbağlı xəbərdarlıq

“İranın hakimiyyət orqanları bu planla qadın və qızları hakimiyyətə tabe olmağa məcbur etmək üçün onları sıxışdırmaqla sistemli ayrı-seçkilik yaratmağa çalışırlar. Bu planın layihəsində qadın və qızların hökumət hicabına riayət etməməsinə görə ağır cəzalar nəzərdə tutulur ki, bu da onun zorakılıqla həyata keçirilməsinə səbəb ola bilər. Bu plan mədəni həyatda iştirak etmək hüququ, gender bərabərliyi, fikir və ifadə azadlığı, dinc etiraz hüququ, sosial, təhsil və səhiyyə xidmətlərindən istifadə hüququ da daxil olmaqla fundamental insan hüquqlarını və vətəndaşların hərəkət azadlığı hüququnu pozur”, - hesabatda deyilir.
Hesabatda, həmçinin bu planın qəbulunun uşaqlar və bütövlükdə cəmiyyət üçün daha geniş mənfi nəticələri olacağı barədə xəbərdarlıq edilir.
AzVision.az