ABŞ konqresmenləri İranın keçmiş rəsmisinin çıxışı ilə bağlı izahat tələb edib

ABŞ konqresmenləri İranın keçmiş rəsmisinin çıxışı ilə bağlı izahat tələb edib
  02 Sentyabr 2023    Oxunub:1161
İranın keçmiş rəsmisi və hökumətə yaxın Hüseyn Musəviyanın Amerika dairələrində Vaşinqton administrasiyasına qarşı çoxlu tənqidlərə səbəb olan “Stratcom” kimi tanınan “ABŞ Strateji Komandanlığı”nın illik toplantısındakı çıxışından iki həftə sonra kongresmenlər bu sahədə araşdırma və izahat istəyiblər.
AzVision.az Amerikanın “Washington Freebeacon” nəşrinin məlumatına istinadən xəbər verir ki, respublikaçı senator Rocer Uiker və Konqresdəki ABŞ Silahlı Qüvvələr komitəsinin respublikaçı sədri Mayk Rocers “Stratcom”-un nə üçün “məşhur İran diplomatı və İran rejiminin keçmiş yüksək vəzifəli məmurunu” qəbul etdiyini araşdırıb.

Konresmenlər “Stratcom”-un komandiri general Entoni Kottona məktub göndərərək, Hüseyn Musəviyanın dəvətini təsdiqləyən bütün məmurların adlarının və vəzifələrinin Konqresə təqdim olunmasını xahiş ediblər. Onlar amerikalı hərbçilərin Hüseyn Musəviyanın çıxışı, səyahət və otel xərcləri üçün pul ödəyib-ödəməməsinin araşdırılması tələbini qoyublar.

Konqresmenlərin General Kottona ünvanladığı məktubda Musəviyanın ABŞ-da rəsmi platformada çıxışının, İran rejiminin tarixi yalanlarını və təbliğatını dərc etmək üçün tamamilə yanlış hərəkət olduğu və onu dəvət etmək qərarının ABŞ hərbi komandanlığının Vaşinqton və müttəfiqləri üçün artan strateji təhdidlərlə mübarizəyə düzgün diqqət yetirib-yoxlamadığını şübhə altına aldığı vurğulanır.

Hüseyn Musəviyanın “Regional qeyri-sabitliyin dünya iqtisadiyyatına təsiri” adlı çıxışı ona Amerikanın JCPOA-ya qayıtması üçün lobbiçilik etmək imkanı verib.

“İndi Amerikanın müharibədən, rejim dəyişikliyindən və suveren dövlətlərə qarşı əməliyyatlardan uzaq yeni strategiyaya ehtiyacı var”, - Musəviyan deyib.

İran hökumətinə bağlı bir sıra media resursları həmin çıxışın tam mətnini dərc edib.
AzVision.az


Teqlər: Musəviyan   ABŞ  





Xəbər lenti