Ukrayna ordusu rusların mövqelərinə gün ərzində 11 zərbə endirib

Ukrayna ordusu rusların mövqelərinə gün ərzində 11 zərbə endirib
  02 Sentyabr 2023    Oxunub:1326
Ukrayna ordusu gün ərzində rus hərbçilərin şəxsi heyətinin və silahlarının cəmləşdiyi ərazilərə 9 zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə doqquz, düşmənin zenit-raket komplekslərinə iki zərbə endirib", - məlumatda deyilib.

Baş Qərargahdan həmçinin bildirilib ki, ruslar gün ərzində Ukrayna hərbçilərinin mövqelərinə və yaşayış məntəqələrinə 2 raket və 34 hava zərbəsi endirib, reaktiv yaylım atəşi sistemlərindən 42 dəfə atəş açıb.

AzVision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti