"Ukrayna 2024 və ya 2025-ci ildə Rusiyaya qalib gələ bilər"

   "Ukrayna 2024 və ya 2025-ci ildə Rusiyaya qalib gələ bilər"
  03 Sentyabr 2023    Oxunub:1107
Ukrayna Rusiyaya 2024 və ya 2025-ci ildə qalib gələ bilər. Əks-hücum əməliyyatının bir hissəsi kimi çətin ki, rus ordusunu işğal olunmuş ərazilərdən tamamilə çıxarmaq mümkün olsun.
AzVision.az xəbər verir ki, bu barədə “Financial Times”-a istefada olan britaniyalı general Riçard Berronsa məlumat verib.

"Ukraynanın hazırkı əks-hücum əməliyyatı Rusiyanı işğal edilmiş torpaqlardan xaric etməyəcək. Həm də çətin ki, qışa qədər işğal ərazisini yarıya qədər azaltmaq mümkün olsun, bu da ən optimist məqsədlərdən biri ola bilər"- materialda deyilir.

Barrons vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri çox güman ki, Ukraynanın cənubunda rusların üç müdafiə xəttindən birincisini keçib. Onun fikrincə, bu, ən çətin hərbi əməliyyatlardan birinə çevrilib.

"Rusiya qüvvələri həddən artıq tükənib və heç bir ehtiyatı yoxdur, lakin onlar sadəcə təslim olmasalar, hələ çox vaxt keçəcək", - general bildirib.

O, əlavə edib ki, Ukraynada hələ də hava hücumundan müdafiə və minalardan təmizləmə texnikası yoxdur, sursat təchizatı problemi isə yalnız müvəqqəti həll olunub. Generalın qeyd etdiyi kimi, “bütün bunların düzəldilməsi müharibənin bitməsini ən azı növbəti ilə ​​təxirə salacaq”.

AzVision.az


Teqlər:





Xəbər lenti