Sudan ordusu Xartumdakı əsas hərbi bazaya nəzarəti ələ keçirib

   Sudan ordusu Xartumdakı əsas hərbi bazaya nəzarəti ələ keçirib
  03 Sentyabr 2023    Oxunub:1032
Sudan ordusu paytaxt Xartumun cənubunda yerləşən ölkənin zirehli qüvvələrinin əsas bazasına tam nəzarəti ələ keçirib.
AzVision.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Xartumun cənubundakı Əl-Şəcər bölgəsində perimetr boyu zirehli bazanın təhlükəsizliyi təmin edilib, əlavə olaraq çevik reaksiya qüvvələri ətraf ərazilərdən çıxarılıb”, - ordunun bəyanatında deyilir. Hələlik xüsusi təyinatlılardan rəsmi şərh daxil olmayıb.

Əl-Ərəbiyyə-nin məlumatına görə, Sudan silahlı qüvvələri paytaxtdakı çevik reaksiya qüvvələrinin mövqelərinə hava zərbələri endirməkdə davam edir və artilleriya atəşi səsləri də eşidilir. Qonşu Omdurman şəhərində də şiddətli döyüşlər gedir.

Son həftələr iri hərbi texnikanın cəmləşdiyi Xartumdakı zirehli qüvvələrin bazası ətrafında şiddətli toqquşmalar olub. Ordu xüsusi təyinatlıları obyektdən sıxışdırıb çıxarmağa bir neçə dəfə nail olub, lakin onlar yaxınlıqdakı ərazilərdən yeni hücumlara başlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti