Hakan Fidan İrana gedib

   Hakan Fidan İrana gedib
  03 Sentyabr 2023    Oxunub:2016
Türkiyə xarici işlər naziri Hakan Fidan və İranın xarici işlər naziri Abdullahiyan İran Xarici İşlər Nazirliyində görüşüblər.
AzVision.az Türkiyə mediasına istinadən xəbər verir ki, H.Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana gedib.

İran Xarici İşlər Nazirliyində Hakan Fidanı iranlı həmkarı Abdullahiyan qarşılayıb.

Qarşılamadan sonra Fidan və Abdullahiyan ikitərəfli və nümayəndə heyətləri arası görüşlər keçirmək üçün nazirliyin binasına gediblər.

Qeyd edək ki, bu, nazir Fidanın xarici işlər naziri təyin edildikdən sonra İrana ilk səfəridir.



AzVision.az


Teqlər:





Xəbər lenti