Ərdoğan Putinlə əsir mübadiləsini də müzakirə edəcək

 Ərdoğan Putinlə əsir mübadiləsini də müzakirə edəcək
  03 Sentyabr 2023    Oxunub:1899
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ukraynanı müzakirə edəcəklər.
Bu barədə AzVision.az “TRT Haber”ə istinadən xəbər verir.

Türkiyə lideri və Kreml rəhbəri “taxıl dəhlizi” ilə bağlı gələcək razılaşmanı müzakirə edəcəklər.

Ərdoğan və Putin həmçinin ikitərəfli münasibətləri və regional məsələləri, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsini müzakirə etməyi planlaşdırırlar. Bundan əlavə, Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi də gündəmdə olacaq.

"Lakin gündəliyin ən vacib məsələsi taxıl dəhlizi olacaq", - qəzet qeyd edir.

AzVision.az


Teqlər:





Xəbər lenti