Zelenski Reznikovu işdən çıxardı

   Zelenski Reznikovu işdən çıxardı
  03 Sentyabr 2023    Oxunub:1967
Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən azad edildiyini təsdiqləyib.
"Mən Ukraynanın müdafiə nazirini dəyişmək qərarına gəldim. Aleksey Reznikov 550 gün çox genişmiqyaslı müharibədən keçdi. Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var”, - deyə Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, bundan sonra Müdafiə Nazirliyinə Rustem Umerov rəhbərlik edəcək.

"Ukrayna Ali Radası bu şəxsi yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədi dəstəkləyəcəyini gözləyirəm", - o əlavə edib.

Avqustun sonunda deputat Yaroslav Jeleznyak Müdafiə Nazirliyinin rəhbərliyini dəyişmək planlarını açıqlamışdı. Onun sözlərinə görə, Reznikov böyük ehtimalla Böyük Britaniyaya səfir təyin olunacaq və onun yerinə nazirliyə Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov rəhbərlik edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti