"Regionda geosiyasi dəyişiklikləri qəbul etməyəcəyik" - Abdullahian

"Regionda geosiyasi dəyişiklikləri qəbul etməyəcəyik"    - Abdullahian
  04 Sentyabr 2023    Oxunub:1234
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi mətbuat konfransında diqqət çəkən açıqlamalar verib.
O deyib ki, İran regionda geosiyasi dəyişiklikləri qəbul etməyəcək.

Nazirin sözlərinə görə, İran və Türkiyə regionda gərginlik və qarşıdurma dövrünün başa çatması və sülhlə əməkdaşlıq zamanının olması barədə həmfikirdirlər.

"Azərbaycan Prezienti İlham Əliyevlə yaxşı sazişlər bağlanıb. Biz Ermənistan və Azərbaycan arasında razılaşmaları, dialoqu dəstəkləyirik. Regionda hər hansı bir geosiyasi dəyişikliyi heç vaxt qəbul etməyəcəyik və bölgədə mövcud tarixi tranzit marşrutlarını məhdudlaşdırmayacağıq", - Abdolahian qeyd edib.

İranın xarici işlər naziri həmçinin qeyd edib ki, o, türkiyəli həmkarı ilə Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinə kömək etmək üçün Türkiyə XİN-in təklif etdiyi Tehran-Ankara-Bakı formatı ilə bağlı razılığa gəliblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti