Şagirdləri ilə cinsi əlaqədə olan müəllim həbs edildi

Şagirdləri ilə cinsi əlaqədə olan müəllim həbs edildi
  04 Sentyabr 2023    Oxunub:1093
ABŞ-ın Alabama ştatında xristian məktəblərindən birinin müəllimi azyaşlı tələbələrə qarşı cinsi istismar ittihamı ilə həbs edilib. xəbər verir ki, bu barədə WSFA məlumat yayıb.
Qeyd edilir ki, məktəbin keçmiş şagirdlərindən biri Luverne polisinə müraciət edərək, ifadə verib. O, iki il əvvəl məktəbdə oxuyarkən müəllimi tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Gəncin sözlərinə görə, 35 yaşlı qadın ona və başqa bir tələbəyə nalayiq şəkillər göndərib və onlarla cinsi əlaqədə olub. Müəllim işdən çıxarıldıqdan sonra həbsə atılıb.

Qadın azyaşlılarla nalayiq münasibətdə və pornoqrafik materialların yayılmasında ittiham olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Müəllim  





Xəbər lenti