İranda həbs olunanların sayı artır

İranda həbs olunanların sayı artır
  04 Sentyabr 2023    Oxunub:1322
Hökumət qüvvələri tərəfindən İranda avqust ayında ən azı 264 vətəndaş həbs edilib ki, bu da iyul ayı ilə müqayisədə 17% çoxdur.
AzVision.az “Hengaw” İnsan Haqları təşkilatının məlumatına istinadən xəbər verir ki, İranın hökumət qüvvələri tərəfindən tutulanl r arasında kürdlər, gilanlılar, türklər, bəhailər və bəluclar çoxluq təşkil edirlər. O cümlədən, 36 qadın və 11 uşaq həbs olunub.

Dini azlıqların təmsilçilərinin saxlanması

“Hengaw” öz hesabatında son bir ayda 24 dini fəalın İran dövlət qurumları tərəfindən həbs olunduğunu yazıb. Həmin dindarlardan 17-si bəhayi dininin ardıcıllarıdır. Onlardan 10-u qadın, 7-si kişidir. Həmçinin, Sistan və Bəlucistanın müxtəlif şəhərlərində azı 5 sünni fəal, Kürdüstan şəhərlərində isə daha iki fəal həbs edilib.

Müəllimlərin, tələbələrin və media fəallarının saxlanması

Qeyd olunan müddət ərzində İranın müxtəlif şəhərlərində azı 4 tələbə və bir müəllim həbs edilib. Həbs edilən tələbələrdən üçü kürd olub. Bu arada, İranda keçən ilki etirazlarda öldürülən şəxslərin bir çox ailə üzvləri Məhsa Əminin ölümünün ildönümü yaxınlaşdıqca hökumət agentləri tərəfindən həbs edilib, sorğu-sual edilib və ya hədələnib.

ABŞ-nin İran məsələləri üzrə xüsusi nümayəndəsinin müavini Abram Pili İran qurbanlarının ailələrinin saxlanması və onlara təzyiq edilməsi ilə bağlı dərc olunmuş xəbərlərə istinadən “müxalifət düşərgəsi sıralarında arasında Tehranın açıq-aşkar qorxu yaratmaq cəhdini” pisləyib.
AzVision.az


Teqlər: İran   həbslər  





Xəbər lenti