Braziliya 1999-cu ildən bəri Rusiyadan ilk dəfə uran aldı
Çatdırılmalar Rosatom ilə Braziliyanın INB şirkəti arasında 2022-ci ildə bağlanmış müqavilə əsasında həyata keçirilib. Müqaviləyə əsasən, Rusiya 2023-cü ildən 2027-ci ilə qədər Braziliyadakı yeganə Atom Elektrik Stansiyası olan "Angra" AES-sini zənginləşdirilmiş uranla tam təmin edəcək.
Bundan əvvəl Braziliya uranı Böyük Britaniya, Qazaxıstan, Kanada, Almaniya, İsveç və ABŞ-dan alırdı. “Rosatom”la müqavilə imzalandıqdan sonra digər ölkələrdən uran idxalı dayandırılıb.
Rusiya və Braziliya 1993-cü ildən nüvə sahəsində əməkdaşlıq edir.
Tural Tağıyev
https://www.gazeta.ru/business/news/2023/09/04/21213170.shtml