İranda daha iki jurnalistin fəaliyyətiunə qadağa qoyuldu

İranda daha iki jurnalistin fəaliyyətiunə qadağa qoyuldu
  04 Sentyabr 2023    Oxunub:1006
Tehranın İnqilab məhkəməsi “HəmMihən” qəzetinin iki jurnalisti Elnaz Məhəmmədi və Negin Baqiriyə “toplaşmaq və əlbir olmaq” ittihamı ilə 3 il şərti həbs cəzası kəsib.
AzVision.az xanım Məhəmmədinin vəkili Əmir Rəisiyan HəmMihan qəzetinə müsahibəsinə istinadən xəbər verir ki, jurnalistlərə 5 il ölkədən çıxmaq, törədilmiş cinayətlə bağlı peşə fəaliyyətinə cəlb olunmaq və İrandan kənardakı media fəalları ilə ünsiyyət qadağan edilib.

“Xanım Baqiri İnformasiya nazirliyinin nəzarəti altında hər mövsümdə etikasına dair təlim kursunda iştirak etməlidir. İnqilab məhkəməsinin 26-cı şöbəsi cinayəti və düşmən xarici dövlətlərlə əməkdaşlıq ittihamı ilə bağlı heç bir sübutun olmadığına baxmayaraq, bu iki jurnalist barədə belə hökm çıxarıb”, - Rəisiyan deyib.

“HəmMihən” qəzetinin sosial xidmət katibi Elnaz Məhəmmədi fevral ayının 5-də Evin məhkəməsinə çağırıldıqdan sonra həbs olunsa da, bir həftə sonra zaminə buraxılıb.

Jurnalist və qadın hüquqları müdafiəçisi Negin Bagiri isə fevralın 8-də Evin prokurorluğuna çağırıldıqdan, ona qarşı irəli sürülən ittihamlar izah edildikdən və məhkəmə prosesinin sonuna qədər “1 milyard tümənlik girov” ödənildikdən sonra sərbəst buraxılıb.
AzVision.az


Teqlər: İran   jurnalistlər  





Xəbər lenti