Şolz zədəli gözü ilə bağlı foto paylaşdı

 Şolz zədəli gözü ilə bağlı  foto paylaşdı
  04 Sentyabr 2023    Oxunub:1251
Almaniya Federativ Respublikasının kansleri Olaf Şolz X (keçmiş Twitter-red) sosial şəbəkəsində maraqlı paylaşım edib.
O, hesabında idmanla məşğul olarkən aldığı zədədən sonra xüsusi gözlük taxdığını və yanağında sıyrıqların olduğunu əks etdirən fotosunu yerləşdirib.

Kansler sağalmaqla bağlı arzulara görə abunəçilərə təşəkkür edib və izləyicilərini əmin edib ki, fotoda hər şey real həyatdan qat-qat pis görünür.

Xatırladaq ki, bir müddət öncə Almaniya mətbuatı Şolzun qaçış zamanı büdrədiyərək zədələndiyini yazmışdı. Bu səbəbdən Şolzun Heringen şəhərinə sentyabrın 3-nə planlaşdırılan səfəri də ləğv edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Almaniya   Kansler   Zədə  





Xəbər lenti