“Məcburi hicab” İranda ən azı 77 obyekti bağlatdırıb

“Məcburi hicab” İranda ən azı 77 obyekti bağlatdırıb
  04 Sentyabr 2023    Oxunub:979
“Hicaba riayət etməmək” ittihamı ilə İranda ən azı 77 mehmanxana, turizm və ekoturizm mərkəzi möhürlənib. İsfahan, Tehran, Luristan və Gülüstan əyalətləri “möhürlənmiş turizm mərkəzləri” siyahısının önündədir.
AzVision.az İranın turizm xidmətlərinə nəzarət və qiymətləndirmə üzrə direktor müavini İsmayıl Bəratın “Etemad” qəzetinə müsahibəsinə istinadən xəbər verir ki, ötən aylarda ən azı 77 turizm obyekti, o cümlədən mehmanxanalar, ekoturizm lojaları, ənənəvi yeməkxanalar və miduey mərkəzləri “islami ayinlərə və hicaba riayət etməmək” ittihamı ilə bağlanıb.

“Bu obyektlərin möhürlənməsi turizm bölmələrinin əməkdaşlarından 753 nəfərin işlə təmin olunmasına birbaşa təsir göstərib. İranın əyalətləri arasında möhürlənmiş turizm obyektlərinin ən böyük payı İsfahan vilayətinə aiddir və ölkədəki möhürlənmiş turizm mərkəzlərinin ümumi sayının 27,5%-i İranın bu vilayətində yerləşir. Turizm sahəsində fəaliyyət göstərən möhürlənmiş mərkəzlər arasında ən çox ekoturizm rezidensiyaları və ənənəvi yeməkxanalar var. Son bir neçə ayda möhürlənmiş turizm obyektlərinin 52%-i ekoturizm rezidensiyaları olub”, - Bərat deyib.
AzVision.az


Teqlər: İran   hicab  





Xəbər lenti