Putin Ərdoğanı Soçiyə istirahətə dəvət etdi - VİDEO

 Putin Ərdoğanı Soçiyə istirahətə dəvət etdi -    VİDEO
  04 Sentyabr 2023    Oxunub:1344
Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı dincəlmək üçün Soçiyə dəvət edib.
Bu barədə TASS məlumat yayıb.

Türkiyə prezidenti Soçiyə uçuş vaxtının bir saat on beş dəqiqə olduğunu deyib. Bundan sonra Putin belə bir təkliflə Ərdoğana müraciət edib.

“Dincəlmək üçün bura uça bilərsiniz”, - Putin təklif edib.

Ərdoğan təklifin cavabında qeyd edib ki, Soçidə çoxlu yaşıllıqlar var.

Tural Tağıyev
AzVision.az



Teqlər: Soçi  





Xəbər lenti