İranda etirazçıların ailələri təzyiqlərə məruz qalır
Onun Növşəhr həbsxanasında dünyasını dəyişən siyasi məhbus Cavad Ruhinin anım mərasiminə qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir.
Oğlunun ad günündən bir gün sonra həbs olunan Fərzanə Bərzəkara təhlükəsizlik qüvvələri oğlunun məzarını ziyarət etməsinə qadağa qoyublar.
21 yaşlı etirazçı İrfan Rzayi ötən il sentyabrın 21-də Amolda “Qadın, Həyat, Azadlıq” etirazları zamanı hökumət qüvvələrinin birbaşa atəş açması nəticəsində öldürülüb.
AzVision.az