İranda qadınlar arasında depressiya ikiqat çoxdur

İranda qadınlar arasında depressiya ikiqat çoxdur
  04 Sentyabr 2023    Oxunub:1881
İranda qadınlara qarşı cinsi və gender münasibətləri, habelə siyasi quruluşun qadınlara təzyiqi onlar arasında depressiyanın daha çox yayılmasını şərtləndirir.
AzVision.az xəbər verir ki, İranın Psixiatrlar konqresinin elmi katibinin “İranlı qadınlar arasında depressiyaya yoluxma halları kişilərə nisbətən iki dəfə çoxdur” açıqlamasının ardınca “HəmMihan” qəzeti yayımladığı hesabatda bunu vurğulayıb.

İran psixiatrlarının 39-cu Konqresinin elmi katibi Əli Nəzəri bildirib ki, qlobal statistikaya görə, hər 100 min kişiyə düşən depressiya halı 3500-dən çox, qadın əhalisi arasında isə 5000-ə yaxındır. İranda isə bu statistika daha yüksəkdir və depressiyadan əziyyət çəkən qadınların sayı kişilərdən iki dəfə çoxdur.

O, son 26 ildə İranda depressiya hallarının sayının iki dəfə ardığını və Tehranın depressiya hallarının ən çox yayıldığı əyalətlərin önündə getdiyini deyib.

“HəmMihan” qəzetinin hesabatında qadınlara qoyulan məhdudiyyətlərin, sosial-iqtisadi, mədəni-siyasi sahələrdə gender bərabərsizliyinin və ayrı-seçkiliyin mövcudluğuniun İran cəmiyyətində depressiya hallarını artıran mühüm amillərdən olduğunu vurğulanır.
AzVision.az



Teqlər: qadınlar   stress  





Xəbər lenti