“Taxıl sazişi”: Putin şərtini açıqladı
“Rusiyanın kənd təsərrüfatı məhsullarına qoyulan qadağa aradan götürülən kimi saziş bərpa olunacaq. Rusiya “Taxıl sazişi”nin reanimasiyasına hazır olacaq və bütün qeyd olunan razılaşmalar yerinə yetirilən kimi bunu edəcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, BMT vasitəsi ilə Rusiyaya təqdim edilən yeni təkliflər paketi “Taxıl sazişi”ni bərpa edə bilər. Onun sözlərinə görə, saziş qlobal böhranının qarşısını almaqda önəmli rol oynayıb.
“Taxıl sazişi” məsələsində Ukraynanın Rusiya ilə birgə addımların atılması üçün mövqeyini yumşaltması lazımdır. Ən vacib məsələlərdən biri Ukrayna taxılının ixracatıdır, lakin Afrikanın yoxsul ölkələrinin payı daha çox olmalıdır”.
AzVision.az
Teqlər: