Qaribaşvili prezidentin impiçmentini dəstəklədi

   Qaribaşvili prezidentin impiçmentini dəstəklədi
  04 Sentyabr 2023    Oxunub:1002
Gürcüstanın baş naziri İrakli Qaribaşvili hakim “Gürcü arzusu” partiyasının prezident Salome Zurabişvilinin impiçmenti barədə qərarını ədalətli adlandırıb.
Onun fikrincə, hökumət qanunun nümunəsi və müdafiəçisi olmalı, eləcə də başqalarına nümunə olmalıdır, ona görə də Zurabişvilinin impiçment edilməsi qərarı “tamamilə ədalətlidir”.

Qeyd edək ki, S. Zurabişvili avqustun 31-də Gürcüstanın Avropa İttifaqına namizədliyinin dəstəklənməsi üçün xarici dövlətlərin liderləri ilə görüşmək məqsədi ilə Avropaya səfəri edib. Gürcüstan hökuməti isə ona bu səfəri rəsmi şəkildə rədd edib.

Prezidenti impiçment göstərilməsi üçün deputatların 2/3-sinin razılığı kifayətdir. Parlamentdə hakim partiyanın 84 üzvü var. İmpiçmentə isə 100 səs lazımdır. 50 deputatın imzası etimadsızlıqla bağlı prosedura başlamaq üçün kifayətdir.


AzVision.az


Teqlər:





Xəbər lenti