Şoyqu Çin və Şimali Koreyaya birgə təlimlər keçirməyi təklif edib

Şoyqu Çin və Şimali Koreyaya birgə təlimlər keçirməyi təklif edib
  04 Sentyabr 2023    Oxunub:1046
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyana səfəri zamanı Rusiya Federasiyası ilə Şimali Koreya və Çin arasında birgə dəniz təlimlərinin keçirilməsini təklif edib.
Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi yazıb. Qeyd olunub ki, rusiyalı nazir belə bir təkliflə Şimali Koreya lideri Kim Çen Inla görüşü zamanı çıxış edib. Onun hansı cavabı aldığı açıqlanmır.

Qeyd edək ki, iyulun 25-də Şoyqu Şimali Koreyaya uçub. Xarici analitiklərin fikrincə, səfərin əsas məqsədi Şimali Koreyanın silah və hərbi texnikasının Rusiyaya tədarükü ilə bağlı danışıqlar aparmaqdır. Avqustun 10-da Kim Çen In KXDR ordusunun hücum hazırlığının gücləndirildiyini açıqlayıb.


AzVision.az


Teqlər:





Xəbər lenti