Polşa Belarusdakı təlimlərə müşahidəçi göndərməyəcək

Polşa Belarusdakı təlimlərə müşahidəçi göndərməyəcək
  04 Sentyabr 2023    Oxunub:942
Polşa Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Belarusdakı təlimlərinə müşahidəçi göndərməkdən imtina edib.
Bunu Belarusun müdafiə naziri Viktor Xrenin deyib. “Təəssüf ki, imtina etdilər. Bu, bir daha nümayiş etdirir ki, onlar bizimlə normal, mehriban qonşuluq münasibətləri qurmaq istəmirlər”, - deyə Xrenin bildirib. O əlavə edib ki, Belarus “şəffaflıq və aşkarlıq” nümayiş etdirib.

Bundan əvvəl Polşanın daxili işlər və administrasiya naziri Mariuş Kaminski İkinci Dünya Müharibəsinin başlanmasının ildönümündə çıxışı zamanı bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Döyüş Qardaşlığı” Birgə Qərargahının təlimləri psixoloji müharibənin elementidir.


AzVision.az


Teqlər:





Xəbər lenti