Litvada NATO-nun mühəndislik təlimləri başlayır

Litvada NATO-nun mühəndislik təlimləri başlayır
  04 Sentyabr 2023    Oxunub:1212
Litvada Belçika, Çexiya, Estoniya, ABŞ, Böyük Britaniya, Latviya, Polşa və Macarıstandan 900-dən çox hərbçinin iştirak edəcəyi “Mühəndislik İldırımı-2023” beynəlxalq təlimi başlayır.
Təlimlər sentyabrın 15-dək davam edəcək. Təlimlərin məqsədi mühəndislik dəstəyi formalaşdırmaq, atom, kimyəvi və bioloji hücumlardan müdafiəni inkişaf etdirməkdir.

Təlimlərdə istər hərbi, istərsə də mülki ərazilərdə hərbi texnikanın daha intensiv hərəkəti, imitasiya döyüş sursatlarının və pirotexniki vasitələrin tətbiqi gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti