2 yaşlı uşağın üzünə gözyaşardıcı qaz vurdu - VİDEO

 2 yaşlı uşağın üzünə gözyaşardıcı qaz vurdu    - VİDEO
  05 Sentyabr 2023    Oxunub:2347
Rusiyanın Krasnodar bölgəsində faciəvi insident baş verib. Rusiya Telegram kanallarının yaydığı məlumata görə, avtoyuma məntəqəsində yeniyetmə 2 yaşlı qızın üzünə gözyaşardıcı qaz püskürdüb.
Qeyd edilir ki, uşağın gözləri yanıb.

"Hadisə avqust ayında Krasnodarın Maçuqi küçəsindəki avtoyuma məntəqələrindən birində baş verib. Uşaq atasının yuduğu maşında oturub. Birdən yeniyetmə qaçaraq maşının yanına gəlib və uşağın üzünə qaz püskürdükdən sonra gözdən itib.

Qız gözündən yanıq xəsarətləri alıb, ona dərhal tibbi yardım göstərilib. Zərərçəkənin valideynləri hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib, gəncin şəxsiyyəti müəyyənləşdirilir, araşdırma aparılır", - xəbərdə yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti