İrəvanın arzusu: Sərhəd açılsa, Türkiyə ilə ticarət dövriyyəsi 10 dəfə artacaq

   İrəvanın arzusu:    Sərhəd açılsa, Türkiyə ilə ticarət dövriyyəsi 10 dəfə artacaq
  05 Sentyabr 2023    Oxunub:1110
Ermənistanın xarici ticarətində Ermənistan-Türkiyə ticarətinin payı 1%-dir. İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə bu rəqəm 10%-ə və ya daha çox arta bilər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, nazirlik bu məsələ ilə bağlı təhlillər aparmayıb və məlumatlar bir sıra beynəlxalq strukturlardan götürülüb.

Belə ki, Dünya Bankının məlumatına görə, bu ölkədən Türkiyəyə ixrac potensialı Ermənistanın ÜDM-nin 15-19%-ni təşkil edir. Almaniyanın “German Economic Team” konsaltinq şirkətinin hesablamalarına görə isə, İrəvanla Ankara arasında birbaşa ticarətin yaranması Ermənistandan Türkiyəyə reallaşacaq ixrac payının bu ölkənin ümumi ixracının 6,7%-ə qədər artmasına səbəb olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Sərhəd  





Xəbər lenti