Ərdoğan Putindən futbolçu istədi - Video

   Ərdoğan Putindən futbolçu istədi -    Video
  05 Sentyabr 2023    Oxunub:1185
Ötən gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.
AzVision.az xəbər verir ki, səfərin sonunda liderlər sağollaşarkən onlar arasında maraqlı dialoq olub.

R.T.Ərdoğan V. Putinə "Spartak" komandasının futbolçusu haqqında danışıb. O, adını çəkmədiyi həmin oyunçunun Türkiyədə çıxış etməsini istəyib. V.Putin isə “nə lazımdırsa, edərik, qoy oynasın” cavabını verib.

Ərdoğan: Hər şey üçün çox sağ olun! Ən qısa zamanda sizi Türkiyədə görmək istərdim.
Putin: Çox sağ olun! Yaxşı yol!
Ərdoğan: Bu futbolçunun adı və soyadı ilə bağlı sizə mütləq məlumat verəcəyik.
Putin: Buyurun. Bir şey edə bilsək, qoy oynasın. Danışdıq.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti