İran internet məhdudiyyətləri yarışında "qalib" gəlib
“Hökumətlərin tətbiq etdiyi internet məhdudiyyətlərinin əsas səbəbi etirazlardır. İrandan sonra Hindistan və Pakistan internetə ən çox məhdudiyyət tətbiq edən ölkələrdir. İnternet vətəndaş iğtişaşları zamanı kritik məlumat üçün döyüş meydanıdır. İranda 2015-ci ildən etibarən tətbiq edilən internet məhdudiyyətlərinin sayı 41 hala çatıb. Bununla da İran Asiyada internet senzurasına görə ikinci yeri tutub”, - məlumatda deyilir.
Bu zaman kəsiyi Məhsa Əmininin ölümü və ölkədə misli görünməmiş xalq etirazlarının ən yüksək olduğu dövrə təsadüf edir. Bu müddətdə İran hökuməti etirazların yatırılması vasitələrindən biri kimi filtrasiyanı gücləndirərək, daxili istifadəçilərin internetə çıxışını məhdudlaşdırıb.
AzVision.az