Ruslar payızda Roma, Paris, İstanbula axın edəcəklər

Ruslar payızda Roma, Paris, İstanbula axın edəcəklər
  05 Sentyabr 2023    Oxunub:915
Türkiyənin İstanbul şəhəri payızda rusların istirahət üçün ən çox gedəcəyi yerlərlər siyahısındadır.
Bu barədə TASS OneTwoTrip analitiklərinin araşdırmasına istinadən məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin payızı üçün rusların Romadakı otellərlə bağlı sifarişlərinin sayı 33,3% artıb. Parislə bağlı sifarişlərə gəldikdə isə keçən ilin eyni dövrü ilə müqayisədə 31,2% artım olub. Bu şəhərlər payızda tətil üçün ən populyar xarici istiqamətlər arasında ilk beşliyə daxil olublar.

Qeyd edilir ki, rusların "xarici səfərlər arasında İstanbul (bütün xarici sifarişlərin 10,2%-i) və İrəvan (4,5%) da payız üçün ən populyar istiqamətlərdir. Bundan başqa siyahıda Dubay (2,8%) da yer alıb. Sifarişlərin 2,1%-i Banqkokla, 2%-i Rimini, 1,6%-i Tbilisi, 1,5%-i isə Minsk və Antalya ilə bağlıdır".

Tural Tağıyev
AzVision.az



Teqlər: İstanbul  





Xəbər lenti