İranda 6 ildə təhsildən yayınan uşaqların sayı 17% artıb

İranda 6 ildə təhsildən yayınan uşaqların sayı 17% artıb
  05 Sentyabr 2023    Oxunub:948
Son 6 ildə ölkədə “yoxsulluğun genişlənməsi” nəticəsində təhsildən yayınan uşaq və yeniyetmələrin sayı 17%-dən çox artıb.
AzVision.az xəbər verir ki, hakim partiyaya yaxın olan “Resalət” qəzeti “Məclis” araşdırmalar mərkəzinin statistik məlumatlarına əsaslanaraq, 2015-2016-cı tədris ilindən 2021-2022-ci ilə qədər məktəbləri tərk edənlərin sayının təxminən 17,2% artdığını bildirir.

“Bu statistikaya bütün sosial qruplardan daha çox işçi uşaqlar, əcnəbi vətəndaşlar və gənc yaşda ərə verilən qızlar daxildir. Hökumətin bu işdəki siyasətləri iflasa uğrayıb. İrandakı dərin təhsil boşluğu təhlükəli social-siyasi nəticələr doğuracaq. Təhsil dövründən kənarda qalanların yüksək faizi açıq şəkildə göstərir ki, hökumət təhsilin əhatə dairəsini genişləndirmək və yeniyetmələrin məktəbi erkən tərk etməsinin qarşısını almaq üçün çox iş görmür. Təhsili yarımçıq qoyanların sayı iqtisadi problemlər və sosial iğtişaşlar səbəbindən artmaqda davam edir”, - məlumatda deyilir.

İranın Təhsil nazirliyinin statistikasına əsasən, 2021-2022-ci tədris ilində məktəbi tərk edən uşaq və yeniyetmələrin ümumi sayı 911 min nəfərdən artıqdır və bu il də 279 min şagirdin təhsildən kənarda qaldığı yazılır.

“Resalət” qəzetinin yazdığına görə, uşaqların məktəbə getməməsinin ilkin və əsas amili ailələrin yoxsulluğudur. Həmçinin, məktəbdən kənarda qalan uşaq və yeniyetmələrin sayının artmasında təhsil sistemindəki problemlər, xüsusən ucqar rayonlarda təhsil imkanlarının kifayət qədər olmaması da əsas amillərdəndir.
AzVision.az



Teqlər: İran   təhsil  





Xəbər lenti