Əsədin heykəlini sındırdılar - VİDEO

  Əsədin heykəlini sındırdılar -    VİDEO
  05 Sentyabr 2023    Oxunub:983
Suriyanın cənubunda yerləşən Suveyda şəhərində yüzlərlə etirazçı ölkə prezidenti Bəşər Əsədin atası Hafiz Əsədin heykəlini aşırıblar. Bu barədə “The Arab News” məlumat yayıb.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, etirazçılar əvvəlcə Suveyda bələdiyyəsinin binasına daxil olub, oradan Hafiz Əsədin heykəlini apararaq yaxınlıqdakı küçədə onu sındırıblar.

Həmçinin, bir qrup nümayişçi yerli sosial təhlükəsizlik idarəsinin binasına girərək, Bəşər Əsədin təsviri olan nəhəng plakatı götürüblər.

Xatırladaq ki, Suriyanın cənubunda yüzlərlə insan bir neçə həftədir etiraz aksiyası keçirir. Onlar həyat şəraitinin pisləşməsi ilə əlaqədar prezident Bəşər Əsədi istefaya çağırır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti