Bağça müdirini erotik fotolarına görə işdən qovdular

Bağça müdirini erotik fotolarına görə işdən qovdular
  05 Sentyabr 2023    Oxunub:1991
Rusiyada bağça müdiri fotosessiyaya görə işdən qovulub.
AzVision.az xəbər verir ki, bu barədə yerli media Krasnoyarsk şəhər administrasiyasına istinadən məlumat yayıb. Qeyd edilir ki, Anastasiya Krasilnikova adlı müdirin fotosessiyası erotik xarakterli olduğu üçün belə sərt cəzalandırılıb.

Şikayət narazı valideynlər tərəfindən verilib. Ərizəçilərin sözlərinə görə, Krasilnikova hətta tabeliyində olan işçilərin maaşlarını əsassız olaraq kəsdirib, işçi heyəti və valideynlərlə isə nalayiq danışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti