Peskov yoxa çıxan generaldan danışmaq istəmədi

Peskov  yoxa çıxan generaldan  danışmaq istəmədi
  05 Sentyabr 2023    Oxunub:994
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məşhur ordu generalı, Aerokosmik Qüvvələrin keçmiş baş komandanı Sergey Surovikin barədə danışmaq istəməyib.
Bu barədə TASS məlumat yayıb.

O, generalın hazırkı vəziyyətinə dair suala qısa olaraq belə cavab verib: "Xeyr, məlum deyil".

Ukraynaya göndərilən "Hələb qəssabı": General Surovikindən gözləntilər - DOSYE
Qeyd edək ki, son günlər generalın ya həbs edilməsi, ya da ümumiyyətlə aradan götürülməsinə dair şaiyələr yayılıb. RBC-nin məlumatına görə, Surovikin üsyanı dayandırmaq üçün "Vaqner" üzvlərinə müraciətdən- iyunun 24-dən bəri ictimaiyyət qarşısına çıxmayıb.

Avqustun sonunda isə Aerokosmik Qüvvələrin keçmiş baş komandanı tutduğu vəzifədən azad edildi. Surovikinin yerinə Rusiya Aerokosmik Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsini icra edən general Viktor Afzalov təyin edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   General   Peskov  





Xəbər lenti