Ərdoğan Ukraynadan danışdı: "Üfüqdə sülh perspektivi yoxdur"

      Ərdoğan Ukraynadan danışdı:    "Üfüqdə sülh perspektivi yoxdur"
  05 Sentyabr 2023    Oxunub:984
Ukraynada münaqişə il yarımdır ki, davam edir, lakin üfüqdə sülh perspektivi yoxdur.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. “Türkiyənin mövqeyi bəllidir. İlk gündən biz həmişə sülhün, dialoqun və diplomatiyanın tərəfdarı olmuşuq”, - deyə Türkiyə lideri bildirib.

O xatırladıb ki, Ankara qan tökülməsinin qarşısını almaq üçün böyük səylər göstərir. Ərdoğanın sözlərinə görə, Türkiyə hakimiyyəti atəşə yağ tökməyib, hər iki tərəfin görüşməsini təmin etməyə çalışıb: "Müharibədə qalib, süldə isə uduzan yoxdur".


AzVision.az


Teqlər:





Xəbər lenti