Türkiyə Rusiyadan kömür alışını kəskin artırıb

   Türkiyə Rusiyadan kömür alışını kəskin artırıb
  05 Sentyabr 2023    Oxunub:944
Rusiya endirimlər təqdim edərək Türkiyəyə kömür ixracını əhəmiyyətli dərəcədə artırıb.
Bu barədə “Kommersant” “Kpler” analitik şirkətinin məlumatlarına istinadən xəbər verib.Şirkətin məlumatına görə, bu ilin 8 ayı ərzində tədarüklər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 14,6 milyon ton təşkil edib.

Nəticədə Türkiyəyə bütün kömür idxalının təxminən 70%-i Rusiyanın payına düşür. Türk elektrik stansiyaları Kolumbiya kömürünü aktiv şəkildə Rusiyadan gələn tədarüklərlə əvəz edir, hətta logistika ilə belə daha ucuzdur.

Türkiyəyə ixracın artması Rusiya şirkətlərinə regionun digər ölkələrinə tədarükün azalmasını kompensasiya etməyə imkan verir. Xüsusilə, ödəniş və gömrük rəsmiləşdirilməsi ilə bağlı problemlər səbəbindən Mərakeşə çatdırılmalar 58% azalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti