Universitet professoru: "Professorların işdən çıxarılması hökumətin qisasıdır"

   Universitet professoru:     "Professorların işdən çıxarılması hökumətin qisasıdır"
  05 Sentyabr 2023    Oxunub:1025
İranda hökumətlə uzlaşmayan universitet professorlarının işdən çıxarılması və onlara dərs qadağalarının qoyulması davam edir.
AzVision.az xəbər verir ki, İranın Sosioloqlar assosiasiyasının “Siyasi sosiologiya” departamentinin direktoru Əhməd Buxarayi “İran Watch” saytına müsahibədə professorların işdən çıxarılmasının, onlara qoyulan qadağaların və immiqrasiyalaın məqsədyönlü xarakter daşıdığını bildirib.

“Qalan professor-müəllim heyəti bu prosesə səssiz qalmamalı, sakit oturmamalı və hər biri təsirli olmaq üçün bir yol seçməlidir. Professorların işdən çıxarılması universitet ictimaiyyətinin etirazlarda iştirakına görə hökumətin aldığı qisasdır”, - Buxarayi deyib.

Saytın müxbirinin “bu işdən çıxarılmalardan sonra professor və tələbələrin mühacirət riski nə dərəcədə ciddidir?” sualına Buxarayi

- Sizdən xahiş edirəm ki, “mühacirət” sözünü işlətməyin və əvəzinə “qaçmaq” deməyin. Təyinat yerinin müəyyən cazibəsi var, tutaq ki, həkim karyera yüksəlişi üçün miqrasiya edir, lakin qeyd olunan vəziyyət qaçışdır və prinsiplərin müdafiəsi məsələsidir”, - deyə cavab verib.

Məhsa Əmininin ölümündən sonra universitetlər İrandakı etiraz aksiyalarının əsas mərkəzlərindən biri olub. Bu kontekstdə universitet ictimaiyyəti ilə hakimiyyət arasında indiyədək görünməmiş təhlükəsizlik və məhkəmə qarşıdurmaları baş yaşanıb.

Tələbələrlə qarşıdurmalardan sonra indi növbə professorlara çatıb və son həftələrdə çox sayda professor işdən çıxarılıb.
AzVision.az


Teqlər: İran   professorlar  





Xəbər lenti