Moskva və İrəvan arasında gərginlik artır

 Moskva və İrəvan arasında  gərginlik artır
  05 Sentyabr 2023    Oxunub:1535
Hansısa kobudluğa (həyasızlığa) bənzəyən səviyyədə olan bu ictimai ritorika Ermənistanın siyasi xadimlərinə yaraşıq gətirmir .
Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın bəyanatını şərh edərkən deyib.

"Əgər onlar ekspert səviyyəsində, yaxşı siyasi səviyyədə çıxış etmək istəyirlərsə, deməli, bunun üçün bizim İrəvanla dövlətdən tutmuş ictimaiyyətə qədər bütün sahələrdə mükəmməl ünsiyyət kanallarımız var. Mən başa düşürəm ki, orada hər kəsin öz rolu var, kimin nə deyəcəyi və necə deyəcəyi əvvəlcədən planlaıb.

Ermənistan cəmiyyətini təmsil edən insanlara bu cür ifadələr işlətmək heç də üzüağlıq gətirmir. Ancaq biz bunları son vaxtlar çox görürük və eşidirik", -deyə o bildirib.

Mariya Zaxarova əlavə edib ki, rəsmi Moskva Ermənistan hökumətindən Roma statutunu parlamentə ratifikasiya üçün göndərməsinə görə izahat istəyib. Onun sözlərinə görə, gələcək addımlar bu izahatın məzmunundan asılıdır.

Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi (Haaqa tribunalı) Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində qərar çıxarıb.

Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə, İrəvan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etmək öhdəliyi götürür. Bu isə o deməkdir ki, Putin Ermənistana səfər edərsə, həbs olunaraq aidiyyəti üzrə təhvil verilməlidir.



AzVision.az


Teqlər:





Xəbər lenti