Zaxarova Paşinyan haqqında: "Məsuliyyətsiz, yoldan keçən adam"

  Zaxarova Paşinyan haqqında: "Məsuliyyətsiz, yoldan keçən adam"
  05 Sentyabr 2023    Oxunub:1372
"Ermənistan baş naziri tərəfindən son günlər çox şeylər deyilib".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına verdiyi müsahibəyə münasibət bildirərəkən deyib.

"Sadəcə, bütün bu ifadələri yekunlaşdıraraq demək istəyirəm ki, insan öz əməlinə görə məsuliyyət daşımağı bacarmalı, günahkar axtarıb bunu hər dəfə sonsuz etməməlidir. Məsuliyyət daşımaq lazımdır. Öz məsuliyyətinizi kiminsə üzərinə yıxmamalısınız.

Siyasətdə dövlət xadimi ilə yoldan keçən və öz ölkəsinin milli maraqlarını düşünməyən adam arasında fərq bax bundan ibarətdir. Və yenə də öz hərəkətlərinə görə məsuliyyət daşımağı bacarmalısan, əks halda bu bir az "pis rəqqasın hekayəsi"nə bənzəyir", - deyə o bildirib.



AzVision.az


Teqlər:





Xəbər lenti