Britaniyalı parlamentari SEPAH-ın terrorçu qruplar siyahısına salınmasını tələb edib

Britaniyalı parlamentari SEPAH-ın terrorçu qruplar siyahısına salınmasını tələb edib
  05 Sentyabr 2023    Oxunub:1075
Britaniya parlamentin üzvü, keçmiş nazir Devid Cons SEPAH-a qarşı tədbirlərin hazırkı sanksiyalardan kənara çıxmasını və İrannın bu hərbi-ideoloji qurumunu xarici terror təşkilatı kimi tanıması tələbini irəli sürüb.
AzVision.az xəbər verir ki, Devid Cons Böyük Britaniyanın “Teleqraf” qəzetində dərc olunan məqaləsində bir neçə ildir ki, Britaniya parlamentinin üzvlərini SEPAH-ı “xarici terror təşkilatı” kimi sanksiyaya məruz qoymağa çağırıb.

“Statistikaya görə, bir neçə gün ərzində İranda 1500 etirazçı öldürülüb. Lakin Qərb hökumətləri və insan haqları təşkilatları tərəfindən bu qətlin pislənməsinə baxmayaraq, Tehran hökumətinə qarşı beynəlxalq təzyiqlərdə ciddi artım müşahidə olunmayıb. SEPAH indi Britaniyanın həm daxildə, həm də xaricdəki maraqlarına böyük təhlükə yaradır”, - Cons yazıb.

Avqustun ortalarında “London Sunday Times” qəzeti öz hesabatında Britaniyanın Daxili İşlər nazirinin SEPAH-ın buradakı nüfuzuna dair yeni sübutların ardınca, ölkənin milli təhlükəsizliyinə ən böyük təhlükə olduğuna inandığını yazıb. O, SEPAH-ın Böyük Britaniyada fəaliyyətinin artırılması ehtimalından və burada İran müxalifətini hədəf almaq üçün Tehranın casusları tərəfindən mütəşəkkil cinayətkar dəstələrin cəlb edilməsi ilə bağlı kəşfiyyat hesabatlarından da narahatdır.

İyunun əvvəlində Britaniya parlamentində hökumətin İranla bağlı siyasətinin müzakirə edildiyi iclasda bəzi deputatlar SEPAH-ın terrorçu fəaliyyətini, onun Yaxın Şərq regionunda, bütün dünyada və hətta Böyük Britaniya daxilindəki təhdidlərinivurğulayaraq, onu terrorçu təşkilat adlandırmağa çağırıblar.
AzVision.az


Teqlər: London   SEPAH  





Xəbər lenti