Rusiya Odessaya İran dronları ilə hücum etdi

   Rusiya Odessaya İran dronları ilə hücum etdi
  06 Sentyabr 2023    Oxunub:1091
Rusiya silahlı qüvvələri sentyabrın 6-da gecə saatlarında Odessa vilayətinə İran istehsalı olan “Şahed” tipli kamikadze dronları ilə hücum edib.
Bu barədə Odessa vilayətinin Hərbi Administrasiyası məlumat yayıb. Onun sözlərinə görə, hücum təxminən üç saat davam edib və ən çox ziyan Odessa vilayətinin İzmail rayonuna dəyib: "Təəssüf ki, bir nəfər həlak olub. Ağır yaralanan kənd təsərrüfatı müəssisəsinin əməkdaşı xəstəxanada ölüb".

Rayonun bir neçə yaşayış məntəqəsində dağıntılar və yanğınlar qeydə alınıb. Liman və kənd təsərrüfatı infrastrukturu obyektlərinə də ziyan dəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti