ABŞ: İranın uranı 60% zənginləşdirməsinin dinc əsası yoxdur
“Mən mediada İranda 60% zənginləşdirilmiş uran ehtiyatının miqdarı ilə bağlı xəbərləri görümüşəm, lakin MAQATE-nin bu hesabatı hələ rəsmi dərc edilmədiyi üçün mən buna şərh verə bilmərəm. Biz açıq şəkildə dedik ki, İran tərəfindən 60% zənginləşdirilmiş uranın istehsalının heç bir etibarlı dinc əsası yoxdur. Bu gün dünyanın heç bir ölkəsi 60% zənginləşdirilmiş urandan iddia olunan dinc məqsədlər üçün istifadə etmir”, - Ptael deyib.
MAQATE-nin baş direktorunun iki gün əvvəl mətbuatda dərc olunan yeni hesabatına görə, İranın aylıq 60% zənginləşdirilmiş uran ehtiyatı səviyyəsi üçdə birə qədər azalıb.
Sənəddə bildirilir ki, İranın zənginləşdirilmiş uran ehtiyatının ümumi həcminin may ayına nisbətən daha az olmasına baxmayaraq, yenə də Tehran və dünya gücləri arasında 2016-ci ildə imzalanmış sazişdə müəyyən edilmiş limitdən 18 dəfə çoxdur.
AzVision.az