Kolumbiyalı jurnalistdən ermənilərin rüşvət təklifinə sərt cavab

   Kolumbiyalı jurnalistdən ermənilərin rüşvət təklifinə sərt cavab
  06 Sentyabr 2023    Oxunub:953
ABŞ-nin Erməni Milli Komitəsinin (ANCA) nümayəndələri kolumbiyalı jurnalist Roberto Trobaxo Ernandesə Ermənistana səfər edərək oradan reportaj hazırlamaq müqabilində istədiyi məbləği ödəməyi təklif ediblər.
Bu barədə kolumbiyalı jurnalist öz “X” hesabında yazıb. “Mənim Azərbaycan xalqına və hökumətinə olan sədaqətimi, dostluğumu bir neçə min dollara almaq və ya satmaq olmaz”, - deyə jurnalist bildirib.

Qeyd edək ki, 2021-ci ilin iyul ayında Ernandes Şuşa şəhərinə və Azərbaycanın erməni işğalından azad edilmiş digər ərazilərinə səfər edərək həmvətənlərinə gördüklərindən danışıb. Bu isə erməni diasporunun qətiyyən xoşuna gəlməyib və onun nümayəndələri jurnalistə rüşvət təklif etməkdən daha “ağıllı” yol tapmayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti