Rusiya Ermənistanın sərhəd kəndlərinə yardım göndərdi

 Rusiya Ermənistanın sərhəd kəndlərinə yardım göndərdi
  06 Sentyabr 2023    Oxunub:1035
“Moskva Evi” Beynəlxalq Biznes Mərkəzi və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd xidməti Geqarkunikin sərhəd kəndlərinin sakinlərinə 3 tondan çox humanitar yardım göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Moskva Mədəniyyət və Biznes Mərkəzi məlumat yayıb.

Sülhməramlıların müşayiətilə Qarabağa qanunsuz yüklər daşınır - VİDEO
Qeyd edilir ki, Vardenis icmasının rəhbərliyi ilə birgə həyata keçirilən təşəbbüs çərçivəsində Kaxaqn və Azat kəndlərindən 85-dən çox ailə yardım alıb.

"Bu, "Moskva evi"nin İrəvandakı ilk belə aksiyası deyil. İyun ayında biz Kutakan və Tretuk kəndlərində də olduq, burada uşaqlara məktəb ləvazimatları və paltarlar, məktəbə isə mebel və kompüter hədiyyə etdik. Bu gün isə biz sakinlərə humanitar yardım, həmçinin uşaqlar üçün hədiyyələr gətirmişik. Ölkələrimizi çoxəsrlik dostluq və müttəfiqlik əlaqələri bağlayır və bu addım Rusiyanın erməni xalqının yanında olduğunu göstərir”, - İrəvandakı “Moskva Evi” Beynəlxalq Biznes Mərkəzinin baş direktoru Vahram Karapetyan deyib.

Öz növbəsində Vardenis rəhbəri Aharon Xaçatryan qeyd edib ki, o, “Moskva Evi” ilə əməkdaşlığı yüksək qiymətləndirir və bunun uzunmüddətli olacağına ümid edir.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan   Humanitar-Yardım  





Xəbər lenti