ABŞ Ukraynaya 1 milyard dollardan çox yardım edəcək

   ABŞ Ukraynaya 1 milyard dollardan çox yardım edəcək
  06 Sentyabr 2023    Oxunub:981
ABŞ dövlət katibi Antoni Blinken Kiyevə səfəri zamanı ölkəsinin Ukraynaya 1 milyard dollardan çox yeni yardım paketi ayıracağını açıqlayacaq.
Bu barədə CNN xəbər verib. A.Blinken iki gün ərzində Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə də görüşəcək.

Səfər zamanı Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişatının müzakirəsi, ölkənin enerji təhlükəsizliyinin yaxşılaşdırılması üzrə tədbirlərin qiymətləndirilməsi planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti