Avropaya sığınmağa çalışan İranlıların sayı artıb
Bu ilin birinci yarısında qeydə alınan sığınacaq müraciətlərinin ümumi sayı 519 min olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% artım deməkdir. Məsələn, Suriyadan olan sığınacaq axtaranların 95%-i Avropa İttifaqından ən çox dəstək alıb.
Ruslar və iranlılar da daha çox dəstək alanlar sırasındadırlar. Sözügedən departamentin statistikasına görə, bu il iranlı sığınacaq axtaranların 47%-i Aİ ölkələrinə qəbul olunub. Halbuki bu rəqəm üç il əvvəl 31% idi.
Avropa Birliyinin Sığınacaq məsələləri departamenti sığınacaq alan iranlıların sayının artmasının səbəbini açıqlamasa da, İranda son ümummilli etiraz askiaylarına qarşı ölümcül repressiya siyasətinin, bu baxımdan, təsirsiz ötüşmədiyi sübuta yetir.
Təsadüfi deyil ki, son illər iranlı qaçqınların Əfqanıstan, Suriya və digər ölkələrdən olan digər qaçqınlarla birlikdə Aralıq dənizi vasitəsilə Avropa İttifaqına keçməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Fransanı Britaniya ilə birləşdirən La-Manş boğazı da daxil olmaqla, bəzi sularda qayıqların batması nəticəsində iranlı qaçqınların həyatını itirməsi halları da yaşanır.
AzVision.az