Taliban qızların oxuduğu incəsənət məktəbini bağladı

   Taliban qızların oxuduğu incəsənət məktəbini bağladı
  06 Sentyabr 2023    Oxunub:1137
Taliban Əfqanıstanın qərbində yerləşən Herat vilayətində qızların oxuduğu incəsənət məktəbini bağlayıb.
Bu barədə RİA Novosti məlumatlı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, əvvəlki hökumət dövründə tikilmiş və 40 il fəaliyyət göstərən məktəb iki qıza xəttatlıq öyrədildiyi üçün qapadılıb.

Bundan əvvəl Taliban avtomobillərdə musiqi səsləndirilməsini və hicabsız qadınların daşınmasını qadağan etmişdi. Qəndəhar vilayətində radio və televiziyalarda qadınların işləməsinə icazə verilmir.

2021-ci il avqustun ortalarında ölkə ərazisini tam nəzarətə götürən Taliban qızların məktəbə getməsinə qadağa qoyub. Bunu onların təhsili üçün münasib şəraitin olmaması ilə izah edib. Ötən ilin sonunda isə qadınların ali məktəblərdə oxumasını qadağan edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti