"Ermənistan-ABŞ təlimləri narahatlıq doğurur" - Peskov

   "Ermənistan-ABŞ təlimləri narahatlıq doğurur" -    Peskov
  06 Sentyabr 2023    Oxunub:962
"Ermənistan- ABŞ birgə təlimləri Kremldə narahatlıq doğurub". AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu cür xəbərlər xüsusilə indiki vəziyyətdə narahatlıq doğurur. Rusiya bu faktı dərindən təhlil edəcək və vəziyyəti izləyəcək.

Sentyabrın 11-dən 20-dək Ermənistanda EAGLE PARTNER 2023 adlı erməni-amerikan birgə hərbi təlimləri keçiriləcək. Bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, təlimlər Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının “Zar” təlim mərkəzinin bazasında beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçiriləcək.

Müdafiə Nazirliyi vurğulayır ki, təlimlərin keçirilməsində məqsəd sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, komandanlıq-nəzarət və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, o cümlədən döyüş hazırlığının artırılmasıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti