Əfqanıstan-Pakistan sərhədində atışma baş verib, 4 nəfər ölüb

Əfqanıstan-Pakistan sərhədində atışma baş verib, 4 nəfər ölüb
  06 Sentyabr 2023    Oxunub:810
Əfqanıstan-Pakistan sərhədində baş verən atışma nəticəsində “Taliban”ın azı 4 tərəfdarı ölüb, daha 10 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Aamaj News" agentliyi məlumat yayıb.

Məlumata görə, atışma Torxam keçid məntəqəsi ərazisində qeydə alınıb.

Qeyd edək ki, Torxam keçid məntəqəsi Pakistanla Əfqanıstan arasında üç əsas ticarət və tranzit yolundan biridir. Pakistan da bu nöqtədən Mərkəzi Asiyaya ticarət mallarını göndərmək üçün istifadə edir.

AzVision.az



Teqlər:





Xəbər lenti