“Boko Haram”ın terror aktları nəticəsində 11 ildə 35 min nəfər həlak olub

“Boko Haram”ın terror aktları nəticəsində 11 ildə 35 min nəfər həlak olub
  06 Sentyabr 2023    Oxunub:1339
"Boko Haram”ın terror aktları nəticəsində 11 ildə 35 min nəfər həlak olub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin məlumatında bildirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Adamava ofisinin rəhbəri Elsi Mills-Tetti Nigeriyanın şimal-şərqindəki Adamava, Borno və Yobe ştatlarında davam edən "Boko Haram" hücumlarının ölkəyə mənfi təsir göstərdiyini bildirib. Mills-Tettinin sözlərinə görə, 2009-cu ildə terror hücumları başlayandan bəri 35 mindən çox insan həlak olub.

Bu dövrdə minlərlə insanın qaçırıldığını dilə gətirən Mills-Tetti bu hərəkətlərin Borno, Adamava, Yobe və ümumilikdə Nigeriyanın iqtisadi və sosial inkişafına təsirinin gözardı edilə bilməyəcəyini vurğulayıb. O əlavə edib ki, Milli İnsan Hüquqları Komissiyası 2022-ci ildə insan haqları ilə bağlı şikayətləri araşdırır və qurbanlara təzminat tələb etməkdə kömək edir.

Nigeriyada 2000-ci illərin əvvəllərindən mövcud olan "Boko Haram" 2009-cu ildən kütləvi şəkildə zorakılıqlar həyata keçirməyə başlayıb. Təşkilat 2015-ci ildən Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

AzVision.az



Teqlər:





Xəbər lenti