ABŞ Ukraynaya yeni yardım paketini açıqlayıb

ABŞ Ukraynaya yeni yardım paketini açıqlayıb
  06 Sentyabr 2023    Oxunub:1105
ABŞ hökuməti Ukraynaya hərbi yardım çərçivəsində yeni paketi təsdiqləyib.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.


Pentaqonun məlumatına əsasən, yeni yardım paketinin ümumi dəyəri 175 milyon dollar olacaq.

Həmçinin əlavə olunub ki, hərbi silah-sursat arasında ABŞ istehsalı olan "Abrams" tankları üçün nəzərə tutulan tükənmiş uran başlıqlı mərmilər də yer alacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti